Ölkə

Azərbaycanın sığorta bazarı 40 faiz artıb

22 Sentyabr 2018 18:29
0 Şərh     Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 517 milyon manatlıq mükafat yığıblar. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında deyilir.

Həmin dövr ərzində sığorta şirkətlərinin ödəmələri 169 milyon manat təşkil edib ki, bu da ötən ilin ilk 8 ayı ilə müqayisədə 1,2 faiz çoxdur.

Hesabata əsasən, bazarda qeydə alınan yığımların 72 faizi (374,7 milyon manat) könüllü sığortanın, 28 faizi (142,3 milyon manat) icbari sığortanın payına düşüb. Könüllü sığorta üzrə ödəmələrin payı 74 faiz (124,6 milyon manat), icbari sığorta üzrə ödəmələrin payı 26 faiz (43,9 milyon manat) təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.