Ölkə

Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər

22 Sentyabr 2018 15:39
0 Şərh     Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Muxtar Respublikası (NMR) bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı sahəsində bəzi Avropa ölkələri üçün nümunə ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Bert Skufs Naxçıvan Muxtar Respublikasında (NMR) Avropa İttifaqı Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Belçika şirkətləri Naxçıvanda günəş enerjisinin generasiyası sahəsində fəaliyyət göstərirlər:

"Bir çox ölkələr enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışırlar, amma praktikada böyük nəticələr əldə edə bilmirlər. Naxçıvanda isə həqiqətən enerji təhlükəsizliyi təmin olunur. Ümid edirik ki, bu sfera Naxçıvanda gələcəkdə daha da inkişaf edəcək. Naxçıvan Muxtar Respublikası (NMR) bərpa olunan enerji mənbələri sahəsinin inkişafında bir çox Avropa ölkələri üçün nümunə ola bilər".

Bundan başqa, tədbirdə iştirak edən Finlandiyanın Azərbaycandakı səfiri Arya Makkonen qeyd edib ki, ölkəsinin şirkətləri Naxçıvanda bərpa olunan enerji mənbələri sahəsində fəaliyyət göstərirlər.

Səfir əlavə edib: "Biz gələcəkdə bu sahədə əməkdaşlığın inkişafında maraqlıyıq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.