Ölkə

Tamblinq üzrə 16-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib - FOTO

22 Sentyabr 2018 13:39
Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Gimnastika Məktəbində tamblinq üzrə 16-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarış iştirakçıları balacalar (2009-2011), yeniyetmələr (2005-2008), gənclər (2002-2004) və böyüklər (2001 və daha böyük) yaş kateqoriyasında mübarizə apararaq öz aralarında ən güclüləri müəyyənləşdiriblər.

Belə ki, balacalar yaş kateqoriyasında qadınlar arasında birinciliyi Məryəm Əhədova, kişilər arasında isə Rəsul Rəhimli bayram ediblər.

Yeniyetmələrin yarışında isə Azərbaycan çempionu adını qadınlardan Zeynəb Qasımlı, kişilərdən Adil Hacızadə qazanıb.

Gənclər yaş kateqoriyasında mübarizə aparan kişi tamblinqçilərdən ən yüksək xalla Tofiq Əliyev fərqlənərək, çempionluğu əldə edib.

Böyüklər yaş kateqoriyasında isə Mixail Malkin (2018-ci ilin Avropa çempionu) yeganə təmsilçi olduğundan o, yenidən Azərbaycan Çempionu tituluna sahiblənib.

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən http://agf.az/az/competitions/information/176 tanış olmaq mümkündür.

Xatırladaq ki, 26 və 27 sentyabr tarixlərində Ocaq Sport Klubu 1-in zalında akrobatika gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı birinciliyi, batut gimnastikası üzrə isə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi təşkil olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.