Ölkə

Gəncənin təhlükəli qaranlıqları - VİDEO

22 Sentyabr 2018 13:31
0 Şərh     Baxış: 2 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncənin mərkəzindəki yeraltı piyada keçidində əsl zülmət hökm sürür.

Milli.Az BakuPost-a istinadən bildirir ki, söhbət şəhər əhalisinin aktiv istifadə etdiyi, Nizami Gəncəvi və Şah İsmayıl küçələrinin kəsişməsindəki keçiddən gedir. 

Gəncə sakinləri günorta saatlarında çəkilmiş fotonu sayta göndəriblər. Hətta, günün işıqlı vaxtlarında da keçiddən keçmək çətin və təhlükəlidir. Nəzərə alsaq ki, keçiddən şagirdlər də istifadə edir, problemin nə qədər ciddi olduğunu təxmin etmək çətin deyil. 

Sakinlər bildirir ki, Gəncədəki bütün yeraltı piyada keçidlərində vəziyyət eynidir. Onlar gündüz saatlarının qısaldığı payız və qış fəsillərinin yaxınlaşdığını nəzərə alaraq, qarşıdakı aylarda piyada keçidlərindən istifadənin daha təhlükəli olacağını bildirir və tədbir görülməsini istəyirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncənin təhlükəli qaranlıqları

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.