Ölkə

Bakıda dəniz sahilində qolları doğranmış meyit tapıldı - FOTO

21 Sentyabr 2018 15:00
3 Şərh     Baxış: 3 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 20-si saat 08:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi dəniz sahilində 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, meyit tapılan zaman qollarında kəsilmiş xəsarətlər aşkar edilib.

Onun xarakterik əlamətləri: boyu 175-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır və arxaya daranır. 

Gözlərinin rəngi qəhvəyidir. Meyit tapılan zaman əynində qara cins şalvar, qara kəmər və üzərində göy, boz və çəhrayı köndələn zolaqlar olan köynək olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə (012) 457-57-02, həmçinin 050-393-22- 22 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.