Ölkə

Bakıda Neft Emalı Zavodunun yaxınlığında dəhşətli yanğın - YENİLƏNİB - VİDEO - FOTO

21 Sentyabr 2018 12:46
0 Şərh     Baxış: 7 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:46

Bakının Nobel prospektində yerləşən "Xəzər" kafesində bir müddət əvvəl baş vermiş yanğın söndürülüb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisənin səbəbi hələ məlum deyil. Araşdırma aparılır.

----------
12:21

Bakının Nobel prospektində kafedə güclü yanğın başlayıb.

Hadisə Xətai rayonu, Nobel prospektində yerləşən "Xəzər" kafesində baş verib. Yanğın kafenin dam örtüyündən başlayıb.

Milli.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.

----------
12:19

Milli.Az xəbər verir ki, paytaxtın Xətai rayonu, Süleyman Əhmədoov küçəsində, Xəzər TV-nin və "Azərneftyağ" Neft Emalı Zavodunun yaxınlığında yerləşən ikimərtəbəli, kafe kimi istifadə olunan binada güclü yanğın baş verib.

Yanğın nəticəsində bina tam yararsız hala düşüb.  

Hələlik hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Pünhan Mirzə
Milli.Az

Videoları izləmək üçün şəklə klikləyin:

Bakıda güclü yanğın -1

Bakıda güclü yanğın - 3

Bakıda güclü yanğın - 2

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.