Ölkə

Azərbaycan ordusu gecə vaxtı döyüş atışları keçirib - VİDEO - FOTO

21 Sentyabr 2018 12:17
0 Şərh     Baxış: 2 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlimlərə cəlb olunan qoşunlar silahlanmada olan müasir silah və hərbi texnikanın tətbiq ilə şərti düşmənin bütün hədəflərini məhv edərək qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində gecə vaxtı döyüş atışları keçirilib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.