Ölkə

Araz çayı üzərindəki körpüdə qəza törədən sürücüyə HÖKM OXUNDU

20 Sentyabr 2018 16:22
0 Şərh     Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli rayon Məhkəməsində Horadiz-Hacıqabul yolunda yol qəzası törətməkdə təqsirləndirilən sürücü Sabit Nəsirovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, vəkil Əli Hüseynovun Trend-ə verdiyi məlumata görə, hakim Qurban Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil təqsirləndirilən şəxsə bəraət verilməsini istəyib. O, bildirib ki, hadisə nəticəsində zərərçəkmiş ictimai təhlükə olmayan xəsarət alıb və bu da təqsirləndirilən şəxsin məhkum olunmasına əsas verimir: "Hadisədə təkcə Sabit Hüseynov təqsirkar deyil. O, 17,5 metr uzunluğunda avtomobillə baş yola çıxarkən cəmi 35 saniyə yolun hərəkət hissəsini bağlayıb. Baş yolla hərəkət edən "Mercedes" markalı avtomobil isə yüksək sürətlə hərəkət etdiyindən "DAF" a çırpılıb. Hadisə nəticəsində də ciddi xəsarət yoxdur. Azərbaycanın məhkəmə təcrübəsində bu cür hadisələrdə təqsirləndirilən şəxsə həbs cəzası verilmir. Ona görə də Sabit Hüseynova bəraət verilməsini xahiş edirəm".

Müdafiə çıxışından sonra təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Nəsirov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil Ə.Hüseynov bildirib ki, məhkəmənin qərarı ilə razı deyil və hökmdən apellyasiya şikayəti verəcək.

İttihama görə, hadisə ötən il noyabrın 4-də Hacıqabul-Horadiz avtomobil yolunun 103-cü kilometrliyində baş verib.

Nəsirov Sabit Ramiz oğlu idarə etdiyi 99-FM-565 dövlət nömrə nişanlı "DAF" markalı yük avtomobilini idarə edərkən Araz çayının üzərində 2-ci dərəcəli yoldan baş yola keçmək istəyərkən baş yolla hərəkət edən 30-BG-811 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sürücü Qəmbərov Azad Gülmalı oğlu və sərnişini Hüseynov Əhmədxan Ədalət oğlu yüngül xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.