Ölkə

“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında - FOTO

20 Sentyabr 2018 16:17
Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada nəşr olunan "La Lettre Diplomatique" ("Diplomatik məktub") jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub.

Milli.Az xəbər verir ki,bBuraxılışda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin "İnnovativ və müasir dövlət xidmətləri beynəlxalq əməkdaşlığa töhfə verir" başlıqlı məqaləsi də dərc olunub. Məqalədə Azərbaycan Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatların tərkib hissəsi kimi  "ASAN xidmət" mərkəzlərinin yaradılması tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən xidmətlər barədə məlumat verilib. Eyni zamanda "ASAN xidmət" təcrübəsinin bölüşülməsi məqsədilə bir sıra ölkələrlə, o cümlədən İtaliya, Fransa, Əfqanıstan, İndoneziya, Koreya, Mərakeş, Monteneqro ilə imzalanmış Anlaşma Memorandumlarının əhəmiyyəti, "ASAN xidmət"in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görüldüyü əks olunub. Həmçinin 2017-ci ildən fəaliyyətə başlayan "ASAN Viza" sistemi vasitəsilə ölkəmizə gələn turistlərin elektron vizalarla təmin edildiyi diqqətə çatdırılıb.

Eləcə də məqalədə14 mart 2017-ci il tarixində dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizmlərinin yaradılması sahəsində Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında imzalanmış Anlaşma Memorandumunun Azərbaycan - Fransa ikitərəfli əlaqələrində yeni sahə yaratdığını bildirən müəllif  "ASAN xidmət" təcrübəsinin öyrənilməsi məqsədilə Fransanın bir sıra rəsmi şəxslərinin Azərbaycana səfərləri barədə məlumat verib. Vurğulanıb ki,  2015-2017-ci illərdə Fransa Respublikasının Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallini, Fransa Baş naziri yanında dövlət islahatları və sadələşdirmə üzrə dövlət katibi Jan-Vənsen Plase, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyətləri "ASAN xidmət" mərkəzləri ilə tanış olublar.

Eyni zamanda qeyd olunub ki, Dövlət Agentliyi beynəlxalq təşkilatlarla və Afrika ölkələri ilə əməkdaşlığı genişləndirir. Xüsusilə 10 noyabr 2017-ci il tarixində İSESCO ilə imzalanmış Anlaşma Memorandumu yaxın gələcəkdə üzv ölkələrdə "ASAN xidmət" təcrübəsinin tətbiqinə imkan yaratması, beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Dövlət Agentliyi Mərakeş, Belçika, Türkiyə, Amerika, Sinqapur və digər ölkələrdə dövlət xidmətləri sahəsində keçirilən konfrans və seminarlarda aktiv iştirakı qeyd edilib.

Bildirilib ki, fəaliyyət göstərdiyi gündən bir sıra ölkələrin, o cümlədən Misir, Sudan, Əlcəzair, Uqanda, Cibuti, Ruanda, Seneqal, CAR-ın rəsmi şəxslərinin başçılığı ilə nümayəndə heyətləri "ASAN xidmət" təcrübəsinin öyrənilməsi məqsədilə  Azərbaycana səfər ediblər.

Məqaləyə keçid:  https://bit.ly/2NVkzPi

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.