Ölkə

Avropa İttifaqı Bakıda mədəni irs festivalı keçirəcək - VİDEO - FOTO

20 Sentyabr 2018 16:40
Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı Bakıda mədəni irs festivalı keçirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, festivalla bağlı bu gün mətbuat konfransı təşkil olunub.

Konfransda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Kestutis Jankauskas, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers, Polşanın Azərbaycandakı səfiri Marek Tsalka, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederekenyi, Almaniyanı təmsil edən nümayəndə Andrea Söhl, Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımov, Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cəmilə Talıbzadə, Azərbaycan Xalça muzeyinin direktoru Şirin Məlikova, artist Səbinə Şıxlinskaya iştirak edib.

Mətbuat konfransında bildirilib ki, festival Aİ üzv ölkələri səfirlikləri, eyni zamanda, Mərakeş, Meksika və Moldova səfirlikləri ilə əməkdaşlıq əsasında Avropa İttifaqı Nümayəndəliyi tərəfindən təşkil olunur.

1-10 noyabr 2018-ci il tarixlərində keçiriləcək "Fantaziya" adlı festivalda konsertlər, ekskursiyalar, seminarlar, film nümayişləri, sərgilər, müsabiqələr, yerli və xarici mütəxəsislərlə müzakirələr də daxil olmaqla geniş miqyaslı tədbirlər təqdim ediləcək. United Cultures Avropa İttifaqı tərəfindən maliyyələşdirilən müqaviləyə əsasən festivala təşkilati dəstək verəcək.

Qeyd edilib ki, festivalda İçərişəhər, keçmiş "Sovetskaya" və şərəfinə festivalın adı qoyulmuş "Fantaziya" hamamı ətrafındakı ərazilərə diqqət yetiriləcək. Belə ki, 19-cu əsrin sonlarında inşa edilən məşhur "Fantaziya" hamamı yerli spesifik elementləri Avropa memarlığı ilə birləşdirib.

Xatırladaq ki, 2018-ci il Avropa İttifaqında Mədəni İrs ilidir. Azərbaycan da önəmli tərəfdaş olduğundan bu il çərçivəsində tədbirlərdən birinin Bakıda keçirilməsini qərara alınıb.

Festival "The Landmark" Hotel və Biznes Mərkəzi tərəfindən dəstəklənir. Təşəbbüsün rəsmi tərəfdaşları sırasına Dövlət Turizm Agentliyi, İçərişəhər Tarixi-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Xalça Muzeyi, "Maqsud İbrahimbəyov" Yaradıcılıq Mərkəzi, "Yarat" Müasir İncəsənət Mərkəzi daxildir. Festival, həmçinin Venesiyanın Ca' Foscari Universiteti, ADA Universiteti, Azərbaycan Milli Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi elmi mərkəzlər ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avropa İttifaqı Bakıda mədəni irs festivalı keçirəcək

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.