Ölkə

Dövlət Departamenti: "Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizə sahəsində ABŞ-ın güclü tərəfdaşı olub"

20 Sentyabr 2018 13:29
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizə sahəsində ABŞ-ın güclü tərəfdaşı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin illik hesabatında deyilir.

Qeyd olunur ki, hesabat ilində Azərbaycan hökuməti ölkənin quru və dəniz yolları ilə insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin aşkar olunması və qarşısının alınması üzrə fəal iş görüb. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, terrorçuların izlənməsi və həbsi ilə bağlı əməliyyatlar keçirib.

Sənəddə həmçinin qeyd olunur ki, Azərbaycan NATO-nun antiterror təşəbbüslərinə dəstəyini davam etdirib:

"Azərbaycan "İstanbul prosesi - Asiyanın ürəyi" beynəlxalq konfransında həmsədrlik edərək Əfqanıstanda təhlükəsizlik və sabitliyin möhkəmlənməsi üzrə səyləri davam etdirib. Azərbaycanda, həmçinin narkotik alverçilərinin terrorçuluğun maliyyələşdirilməsində rolunun müzakirə olunduğu işçi qrupunun iclası keçirilib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.