Ölkə

"İmam Hüseyn (ə) özü də baş yarmaq, zəncir vurmaq kimi hərəkətlərə razı olmazdı"

20 Sentyabr 2018 13:03
Baxış: 1 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında qeyd olunan məsələlərə riayət olunmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, İmam Hüseyn (ə) özü də baş yarmaq, zəncir vurmaq, qan çıxarmaq kimi hərəkətlər etməyə razı olmazdı:

"Bu gün Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Bəzi insanlar qəbul etdiyimiz fətvaları bəzən məhdudiyyət kimi qəbul edir və təqdim edirlər".

QMİ sədri vurğulayıb ki, Azərbaycan dövləti və onun rəhbərliyi dindarlar üçün bütün şəraiti yaradıb: "Məscidlərimiz təmir olunur, eyni zamanda Azərbaycanda başqa dinlərə münasibət də yüksək səviyyədədir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.