Ölkə

Kənddə tapılan torbadan 1 kq.-dan çox narkotik çıxdı

20 Sentyabr 2018 13:38
0 Şərh     Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərus kəndi ərazisində içərisində narkotik olduğu şübhə doğuran selofan torba tapılıb.

Ekspertizaya təqdim olunan həmin maddənin çəkisi 1 kiloqram 835 qram heroin olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda həmin narkotikin kimə məxsus olduğu müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə narkotiki ora ataraq qaçmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Əzizov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.