Ölkə

Qadın alverində təqsirləndirilən müğənninin məhkəməsi başladı

19 Sentyabr 2018 19:48
0 Şərh     Baxış: 3 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadın alverində təqsirləndirilən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası olub.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hakim bildirib ki, təqsirləndirilən şəxs istintaq zamanı həbs edilməyib, polisin nəzarətinə verilib. Lakin o, istintaqdan yayındığı üçün axtarışa verilərək həbs edilib.

Təqsirləndirilən şəxs bildirib ki, Yaqut adlı tanışı onu istintaqdan yayındırıb.

Proses sentyabrın 26-da davam etdiriləcək.

Müğənniliklə məşğul olan Təranə Muradova Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.