Ölkə

Azərbaycanda yollarında İLK DƏFƏ - 3D formatlı piyada zolağı - VİDEO - FOTO

19 Sentyabr 2018 13:39
5 Şərh     Baxış: 9 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yenilik ilk dəfə Naxçıvan şəhərində tətbiq edilib.

Bu ilin əvvəlindən Naxçıvanda bir çox yolların yenidən qurulması işlərinə başlanılıb. Bir müddət əvvəl isə şəhərin mərkəzi prospektlərindən biri - Heydər Əliyev prospektində yenidənqurma işləri yekunlaşdırılıb. Prospektdə, həmçinin Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqları çəkilib.

Belə piyada zolaqlarının digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3D formatlı zolaqların yolda qoyulmuş bordür effekti yaratması piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda yollarında İLK DƏFƏ - 3D formatlı piyada zolağı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.