Ölkə

İkinci əl məişət əşyalarını hardan və neçəyə almaq olar? - VİDEO

18 Sentyabr 2018 20:44
0 Şərh     Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kimlərsə köhnə, lazımsız əşyalarını sataraq pul qazanır, kimlərsə də evində olmayan əşyaları bu ünvanlardan daha ucuz qiymətə tapır. Söhbət ikinci əl məişət əşyalarının alış və satışı mərkəzlərindən gedir. 

Satıcılar bildiriblər ki, yay mövsümünün sonunda kirayə qalan tələbələrin paytaxta gəlişi ilə əlaqədar təmir olunub, yenidən satışa çıxarılan əşyalara daha çox tələbat olur.

Qiymətlərə gəldikdə isə 25 manatdan başlayaraq, 30, 40, 80 manat arasında dəyişir. 

Vüqar adlı usta 20 ildən çoxdur bu işlə məşğuldur.

Onun sözlərinə görə ikinci əl paltaryuyan maşınlar 80, soyuducular 100 ,200, 250 manat arasında dəyişir. 

Milli.Az bildirir ki, məsələ barədə Baku TV reportaj hazırlayıb.

Videonu izləmək üçün şəklə klikləyin:
İkinci əl məişət əşyalarını hardan və neçəyə almaq olar?

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.