Ölkə

Lənkəranda zəncirvari qəza: 3 yaralı

18 Sentyabr 2018 13:11
0 Şərh     Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran şəhəri ərazisindən keçən hissəsində, "Ləvəngi" dairəsində qeydə alınıb. 

Belə ki, Biləsuvar rayon sakininin idarə etdiyi "VAZ-2107" markalı,  12-BG-301 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya səbəb olub. Nəticədə "Mersedes" markalı, 42-BC-401 və 99-EZ-309 dövlət qeydiyyat nişanlı avtomovillər bir-birinə çırpılıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Biri yüngül olmaqla digər iki nəfər, Biləsuvar rayon Təzəkənd kənd sakinləri 1968-ci il təvəllüdlü Əlifağa Pilağa oğlu Muradov və 1985-ci il təvəllüdlü Vüqar Şamil oğlu Rəsulov travmatalogiya şöbəsinə yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.