Ölkə

Fikrət Qocanın oğlunu öldürən şəxsin şikayəti rədd edildi

18 Sentyabr 2018 11:49
0 Şərh     Baxış: 2 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali Məhkəmədə qəsdən adam öldürməkdə təqsirli bilinən Elnur Nəhmətovun barəsində olan hökmdən prokuror tərəfindən verilən protest və müdafiəçi tərəfindən verilən kasasiya şikayətinə baxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məhkəmənin qərarı ilə protest və şikayətin heç biri təmin edilməyib.

Qeyd edək ki, Elnur Nəhmətov, Ruslan Məmmədov və Pərviz Hüseynov Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilərək həbs olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Nehmətov 5 il, P.Hüseynov 2 il, R.Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxladığından E.Nəhmətovun vəkili qərardan kassasiya şikayəti vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.