Ölkə

Bakıda zəncirvari qəza: maşınlarda uşaqlar olub - YENİLƏNİB - FOTO

18 Sentyabr 2018 13:48
1 Şərh     Baxış: 4 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:48

Bakının mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Müşfiq küçəsində, 20 saylı məktəbin yaxınlığında baş verib. 

Hadisə zamanı dörd avtomobil toqquşub: "Mercedes", "BMW", "Nissan" və "Toyota". Qəza zamanı "Nissan" avtomobili aşıb. 

Hadisə yerinə yol polisinin və təcili yardım briqadasının əməkdaşları cəlb edilib. 

Şahidlərin sözlərinə görə, avtomobillərdə uşaqlar olub. Yaralılar var. 

-----------
10:36

Bakıda "Nissan" markalı avtomobil aşıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumat və foto sosial şəbəkələrdə yayılıb.

"90-BO-002" dövlət nişanlı avtomobil "Mercedes"lə toqquşaraq aşıb.

Xəsarət alanların olub-olmaması və məkan barədə məlumat yoxdur.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.