Ölkə

Azərbaycanda neft və qaz hasilatı artıb

17 Sentyabr 2018 20:04
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 25,795 mln. ton xam neft hasil edilib.

Milli.Az report-a istinadən verdiyi xəbərə görə, bu həcmin 25 760,6 min tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin 8 ayında neft hasilatı ötən ilin müvafiq dövründən 0,9% artıq olub.

Hesabat dövründə ölkədə 19 542,4 mln. kubmetr qaz hasil edilib ki, bu həcm ötən ilin müvafiq dövründən 4,6 % çoxdur.

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda hasil olunan təbii qazın 12 117,1 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik təbii qazın həcmi ötən ilin müvafiq dövründən 0,5% çox olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.