Ölkə

Biləsuvarda icazəsiz ova cəhd edən şəxslər saxlanılıblar

17 Sentyabr 2018 14:12
0 Şərh     Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində brakonyerliyə qarşı mübarizə məqsədi ilə reydlər keçirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, sentyabrın 14-də keçirilən reyd zamanı rayonun Paraval adlanan ərazisində icazəsiz ova cəhd edən 4 nəfər saxlanılıb və onlardan 4 ov tüfəngi götürülüb.

Araşdırma zamanı onların Biləsuvar rayonun İsmətli və Ağayari kənd sakinləri Eldəniz Bəhmənov, Teymur Hüseynov, Elizvar Bəhmənov və Mahir Məmmədov olduğu müəyyən edilib.

Sentyabrın 16-da keçirilən növbəti reyd zamanı isə rayonun açıq ov sahəsində "Niva" markalı 12-BG-139 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobildən şahin quşunun ovlanması üçün 19 ədəd kustar üsulla düzəldilmiş tələ (cələ) və digər ləvazimatlar götürülüb.

Araşdırma zamanı avtomobili idarə edən şəxsin Biləsuvar rayon sakini Murad Novruzov olduğu məlum olub.

Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.