Ölkə

Azərbaycanda üç nəfər suda boğulub - 2-si tələbədir - YENİLƏNİB - TƏFƏRRÜAT - VİDEO

17 Sentyabr 2018 21:59
6 Şərh     Baxış: 3 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:59

Bu il universitetə qəbul olan 2 tələbə Xəzər dənizində boğulub.

Milli.Az bildirir ki, faciəvi hadisə Sumqayıtda olub. Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri - 18 yaşlı Fərid Hüseynov və 19 yaşlı Hakim Bağırzadə Xəzər dənizinin Sumqayıt hissəsində çimərkən boğulublar. Onların meyiti dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib. Məlum olub ki, hər iki şəxs bu il ali məktəblərdən birinə qəbul olublar. Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər.

Tovuzda isə kişi göldə batıb. Hadisə rayonun Əyyublu kəndi ərazisində qeydə alınıb. Məlum olub ki, göldə batan şəxs kənd sakini 49 yaşlı Hamlet Orucovdur. Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarış nəticəsində batan kişinin meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

Üç nəfər suda boğulub - 2-si tələbədir

---------

17:31

Xəzər dənizinin Sumqayıt hissəsində boğulan 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi olub.

Milli.Az bildirir ki, bu barədə Report-a BDU-dan məlumat verilib.

Hadisə zamanı, ümumilikdə, 4 nəfər boğulma təhlükəsi ilə üzləşib. 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu boğulub. Digər iki nəfər isə xilas edilib.

-----------

12:59

Sumqayıtda dənizdə iki nəfər gəncin batması ilə bağlı araşdırmalara başlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da Novxanı çimərliyinin Sumqayıt şəhəri ərazisində, "Caspian Breeze" adlanan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxışzadə Hatif Hatəm oğlu "Caspian Breeze" ərazisində dənizdə çimərkən boğulub.

Hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.

Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır və zərurət olduğundan məhkəmə-tibb ekspertizası təyin edilib.

Hadisə ilə bağlı izahatlar alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.