Ölkə

"Dini radikalizmə qarşı mübarizəni dinlə qarışdırırlar" - Deputat mübarizəni gücləndirməyə çağırır

17 Sentyabr 2018 12:27
Baxış: 1 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. İstər islam dini cərəyanları arasında, istərsə də digər dinlərdə radikalizmə meyillər XX əsrin sonlarından etibarən xeyli artıb. İndiki dövürdə dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük və zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir. Təəssüf doğuran odur ki, son onillikdə "islam radikalizmi" adı altında radikal yanaşmaların artması müşahidə olunur.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Milli.Az-a açıqlamasında bildirib.

Millət vəkilinin fikrincə, radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən, başqalarının hüquqlarını pozmaq bahasına məqsədə çatmaq üçün fəaliyyətdir: "Dini radikalizm də bu mənada özündən olmayan dini qruplara qarşı barışmaz mövqe tutan, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli forması olan terrorist qrupların fəaliyyətinə şamil edilir.

Hal-hazırda dini radikalizmə qarşı mübarizə cəmiyyətimizin qarşısında duran ən mühüm vəzifələrindən biridir".

R.Əliyev bildirib edib ki, dini radikalimzlə qarşı mübarəzi ilə dini qarışdırmaq olmaz: "Bəzi insanlar dini radikalizmə qarşı mübarizəni dinlə qarışdırırlar. Azərbaycanda dövlətin dinə qarşı diqqət və qayğısı həmişə ön planda olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə və Heydər Əliyev Fondu tərəfindən respublikımızın müxtəlif bölgələrində çoxlu sayda yeni məscid binaları tikilib, yenidən qurulub, təmir olunaraq dindarların istifadəsinə verilibr. Eyni zamanda dövlət başçısının müvafiq sərəncamları ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar edilir. Sovet dövründə  Respublikamızdə cəmi 17 məscid fəaliyyət göstərirdisə indi məscidlərin sayı 2246-ya çatıb. Təmsil etdiyim təkcə Xəzər rayonunun qəsəbələrində 26 məscid və 4 ziyarətgah fəaliyyət göstərir. Pirallahı rayonunda əvvələr məscid olmayıb, amma hazırda rayonda 1 məscid fəaliyyət göstərir".

Onun sözlərinə görə, Azərbaycanda dini radikalizmə qarşı mübarizə əsasən 3 istiqamətdə aparılır: "Bunlardan birincisi ideoloji sahədir. Dini radikal qrupların Azərbaycanda kök atıb inkişaf etməsi üçün heç bir münbüt şərait yoxdur. Ölkəmizdə mövcud olan əxlaqi dəyərlər, mədəniyyətimiz, tariximiz, multikulturalizmin artıq bir həyat tərzinə çevrilməsi buna imkan vermir. Amma çox təəssüflər olsun ki, bunu ölkəmizə süni surətdə kənardan gətirirlər. Ona görə də ideloji nöqteyi-nəzərdən bu meyillərə qarşı ciddi mübarizə aparılmalıdır.

Dini radikalizmə qarşı mübarizədə ikinci istiqamət hüquq mühafizə orqanlarının üzərinə düşən vəzifədir. Azərbaycan Respublikasının bütün hüquq-muhafizə orqanları bu sahədə onların qarşısına qoyulmuş vəzifələri uğurla həyata keçirirlər.

Üçüncü istiqamət iqtisadi sahədə aparılan mübarizədir. Bu sahədə də müvafiq tədbirlər həyata keçirilir. Dini radikal qrupların maliyyə mənbələrinin aşkar olunması və ləğv edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bu işlər davam etdirilir".

Parlament üzvü qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə yüksək inkişafa nail olunub. Bu nəticələrin əldə olunmasında başlıca amil ölkəmizdə mövcud olan sabitlik və əmin-amanlıqdır: "Azərbaycanın belə yüksək inkişafa nail olması ölkəmizi sevməyən, anti-Azərbaycan qüvvələri və onların əlaltılarını çox narahat edir. Bu qüvvələr bütün üsullardan istifadə etməklə ölkəmizdə əmin-amanlığı, sabitliyi pozmağa çalışırlar. Bu işdə onlar bəzi radikal dini quruplardan istifadə etməyə  cəhd göstərirlər. Ona görə də cəmiyyətdə dini radikalizmə qarşı mübarizə sahəsində nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsinə diqqət daha da artırılmalıdır. Xüsusilə gənclərlə aparılan maarifləndirmə işlərini təkminləşdirmək və daha da gücləndirmək lazımdır. Azərbaycanda mövcud olan sabitlik, ölkəmizdəki vətəndaş həmrəyliyinə, multikulturalizmə və ən əsası xalq və iqtidar birliyinə əsaslanır və heç bir qüvvə bu sabitliyi poza bilməyəcəkdir".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.