Ölkə

Qadın ərinin sevgilisini bıçaqladı - Füzulidə cinayət

17 Sentyabr 2018 12:18
10 Şərh     Baxış: 3 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Füzuli rayonunda qadın qadını bıçaqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Fin şəhərciyində baş verib.

Ailəli olan kişi başqa bir qadınla sevgili olub və mütəmadi görüşüb. Onun arvadı da bu hadisədən məlumatlı olub. Ərini izləyən qadın onun başqa qadınla görüşdüyünün şahidi olub. Onların birgə olduğu evə gələn qadın ərinin sevgilisinə çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı olan qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən qadın isə saxlanılıb.

Füzuli Rayon Polis Şöbəsindən "Qafqazinfo"ya faktı təsdiqləyiblər. Şöbədən bildirilib ki, hadisə ailə məsələsi olduğu üçün adlar açıqlanmır. Hazırda istintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.