Ölkə

Məktəb ləvazimatları alarkən valideynlər yerli məhsula üstünlük verirlər

15 Sentyabr 2018 15:49
0 Şərh     Baxış: 2 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda satılan məktəb ləvazimatları bir çox ölkələrdən gətirilsə də, yerli istehsal da çoxdur.

Milli.Az bildirir ki, bu barədə Trend-ə məktəb ləvazimatlarının satış mərkəzlərindən birinin sahibi Elman Verdiyev deyib.

Onun sözlərinə görə, idxal olunan məhsulların çoxu Türkiyə və Çindən gəlir:

"Yerli məhsullar arasında tələbat ən çox dərslik və gündəliklərin üzərinə düşür. Gündəliklər bir neçə növdə istehsal olunur. Əsas fərqlilik qalın və nazik olan üzlükdədir".

Yerli və xarici məhsullar arasında olan fərqdən danışan mağaza sahibi bildirib ki, valideynlər ən çox keyfiyyətli məhsullara üstünlük verirlər:

"Satılan məhsullar müxtəlif qiymətədir. Qələm var ki, 1.50 manatadır, ən bahalısı isə 7 manatdır. Hər məhsulun öz alıcısı var, ancaq buna baxmayaraq valideynlərin çoxu keyfiyyətə üstünlük verir. Elə Avropa məhsulları var ki, yerli məhsulla müqayisədə aşağı səviyyədədir. Bu ən çox çap məhsullarıdır. Yerli məhsulun keyfiyyəti xaricdən gətiriləndən daha üstündür".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.