Ölkə

"Saxla” əmrinə tabe olmadı - Sərxoş sürücü avtomobillə yol polisini vurdu

15 Sentyabr 2018 13:19
5 Şərh     Baxış: 1 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şabranda "saxla" əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Məmməd Heydərova "saxla" əmri verib. 

M.Heydərov əmrə tabe olmayaraq nəqliyyat vasitəsi ilə yol polisi inspektorunu vurub. K.Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılan zaman onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.