Ölkə

Türkiyə Silahlı Qüvvələri Bakının azad edilməsinin 100-cü ildönümü ilə bağlı VİDEOÇARX hazırlayıb

15 Sentyabr 2018 09:54
0 Şərh     Baxış: 2 265

Türkiyə Silahlı Qüvvələri Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü ilə bağlı videoçarx hazırlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin rəsmi "Twitter" səhifəsinə istinadən məlumat verir.

Videoçarxda Azərbaycan və Türkiyə ordularının əzəməti əks olunmaqla yanaşı, Bakının azad edilməsi ilə bağlı Azərbaycan xalqına təbrik də ünvanlanıb.

Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyə Silahlı Qüvvələri Bakının azad edilməsinin 100-cü ildönümü ilə bağlı VİDEOÇARX hazırlayıb

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.