Ölkə

Eks-nazir Namiq Abbasov insult keçirdi

14 Sentyabr 2018 16:41
1 Şərh     Baxış: 1 323

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun səhhətində ciddi problem yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə Modern.az-a sabiq nazirin yaxınları məlumat verib.

Məlumata görə, eks-nazir insult keçirib.

"Bir neçə ay olar ki, Namiq Abbasovun səhhətində müəyyən problemlər yaranmışdı. Sonradan insult keçirdiyi bəlli oldu. Bir müddət həkimlərin ciddi nəzarəti altında qaldı, amma hazırda səhhəti normaldır",-sabiq nazirin yaxınları bildiriblər.

Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.

1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Samire · 14 Sentyabr 17:0300

    N Abbasov yaxin qan qohumumdu..Atam terefinden..İş baresinde qohumlara hemişe destek olurdu..Allah şefasini versin tezlikle.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.