Ölkə

Nazirlik: "Dənizdəki plastik çirklənmə üçün həyəcan təbili çalınmalıdır"

14 Sentyabr 2018 12:34
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizinin ekoloji durumunda baş verən müəyyən problemlər bütün hallarda öz mənfi təsirini göstərmiş olur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Rasim Səttarzadə brifinqdə deyib.

Onun sözlərinə görə, Xəzərin sahilini və dənizin çirklənməsinin qarşısını hər bir şəxs almalıdır: "Kimsə düşünməməlidir ki, nəsə görməsə bir şey olmaz. Sahil ərazilərinin estetik görünüşünün pozulmaması üçün ciddi addımlar atılır və hər bir vətəndaş bu işdə öz köməyini əsirgəməməlidir".

Şöbə müdiri əlavə edib ki, plastik çirklənmə prosesi aktivləşib: "Bu da ekoloji mühitdə daha acınacaqlı nəticələrə gətirib çıxara bilər. Plastik tullantılar nəticəsində plastik çirklənmə üçün həyəcan təbili çalınmalıdır. Əhali diqqətli olmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.