Ölkə

Xəzər dənizinin əsas çirklənmə mənbələri açıqladı

14 Sentyabr 2018 12:10
0 Şərh     Baxış: 1 075

Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Faiq Mütəllimov deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri tərəfindən, üzən vasitələrdən dənizin çirkləndirilməsini, vətəndaşlar tərəfindən ətraf ərazilərin zibillənməsini xüsusi qeyd etmək olar: "Belə hallar Xəzərin ekoloji vəziyyətinin pisləşməsinə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir".

F.Mütəllimov qeyd edib ki, ETSN tərəfindən Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq aksiyalar, reydlər və maarifləndirilmə tədbirləri həyata keçirilir: "Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında vətəndaşların, xüsusilə də ictimaiyyətin rolu əvəzsizdir. Bu, təkcə bir qurumun işi və vəzifəsi deyil, bütün aidiyyəti qurumlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Ona görə də ictimaiyyət nümayəndələri və vətəndaşlar bu məsələyə daha həssas yanaşmalıdırlar".

Nazirlik rəsmisi əlavə edib: "Vətəndaşlardan xahiş olunur ki, ətraf mühitin çirkləndirilməsi hallarının şahidi olduqda 24 saat ərzində fəaliyyət göstərən nazirliyin 168 nömrəli "Qaynar xətt" xidmətinə məlumat versinlər".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.