Ölkə

Deputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işində şahidlər dindirildi

13 Sentyabr 2018 19:20
0 Şərh     Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fərhad Həmidov ifadə verib.

O, təqsirləndirilən şəxslə qohum olduğunu, onunla bir yerdə çalışdığını bildirib: "Elnur katriç işi ilə məşğul olmayıb. Elnuru Fərman Məmmədovun evinə gətirmişəm. Fərman müəllimin özünə də pul vermişəm. Amma nə qədər olduğunu bilmirdim. Mən Elnurla çalışanda onun sürücüsü olmuşam. Ondan ayda 500 manat əmək haqqı alırdım".

Daha sonra digər şahid Xalid Qasımov dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib: "Elnur bizim ofisə mal satırdı. Ofisimizə Həbib Axundov da gəlib".

H.Axundov məhkəmədə X.Qasımovun ofisinə getdiyini təsdiqləyib: "Mən Xalidin ofisinə gedib, Elnurun ona 400 min manatlıq mal verib-vermədiyini soruşdum. Xalid də bunu təsdiqlədi".

Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.