Ölkə

Nazir müavini: "Müsabiqə yolu ilə qəbulun aradan qaldırılması rus bölməsinə marağı artırıb"

12 Sentyabr 2018 19:04
7 Şərh     Baxış: 1 365

Son 4 ildə həm rus, həm də Azərbaycan bölməsinə 1-ci sinfə şagirdlərin müsabiqə yolu ilə qəbulu aradan qaldırılıb. Bu da rus bölməsinə marağı artırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib.

M.Vəliyevanın sözlərinə görə, bu səbəbdən artıq rus dilini bilənlərlə yanaşı, bu dildə danışa bilməyənlər də məktəbə qəbul üçün müraciət edirlər:

"Nəticədə şagird sıxlığı yaranır. Bu, bizi narahat edir. Bu gün rus bölməsi üzrə 273 ibtidai sinif müəllimi çatışmır. Kadr çatışmazlığı ümumi orta və tam orta təhsil səviyyəsində daha çox hiss olunur. Kadr çatışmazlığı həllini tapmasa, rus bölməsi üzrə əlavə siniflərin açılması mümkün deyil. Rus bölməsi üzrə vakansiyaları tutmaq üçün namizədlər kifayət qədər bal toplaya bilmirlər".

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Emil Məmmədov · 12 Sentyabr 19:4251

    Rus bölməsində kifayət qədər kadr potensiali mövcuddur ! Lakin müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqələrinin keçirilməsi "TİPİİ İnsan Resurslari mərkəzinə həvalə edildikdən sonra müəllimlərin yerdəyişməsi və işə qəbulu prosesində çətinliklər yaranmağa başladi ! Rus bölməsində namizədlərin "aşaği bal " yiğmasini "səbəb" gətirərək 48 baldan (80%) az toplayan namizədlərə iş yerinin dəyişdirilməsinə və şəhər məktəblərinə qəbulda maneələr yaradilir ! Hətta müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda 48 keçid bal aşaği salinmir ! Bu səbəbdən ölkədə fəaliyyət göstərən məktəblərin rus bölməsində "müəllim tapilmir "

    Cavab yaz
  • Anonim
    Ulker · 12 Sentyabr 20:3326

    Rus bolmeleri Azerbaycan Respublikasinda neye lazimdir?

    Cavab yaz
    • Anonim
      Naz · 12 Sentyabr 21:1522

      Çox şeyə lazımdır...

      Cavab yaz
    • Anonim
      Omer · 13 Sentyabr 06:5800

      Xanim dil bilmek hamiya lazimdi.evde oz dilinde danis ki.ovladin bu dili unutmasin.

      Cavab yaz
  • Anonim
    Su*** · 12 Sentyabr 23:3722

    Niyə Azərbaycanlılar öz övladlarını rus bölməsində oxumağa vadar edirlər?dil öyrənək əlavə dil öyrənmək lazımdır.ancaq ana vətənimizdə ana dilində göndərin uşaqlarınızı oxumağa.gələcəyimizi düşünün.

    Cavab yaz
  • Anonim
    ZM · 13 Sentyabr 01:2601

    Niye başqa respublikanın rus dili heç vecinə deyil. .Biz də isə sıxlıq yaranıb. Bunun hamsı bilərəkdən planlı şəkildə edilir. Rus bölməsi bitirən uşaq millət xalq dərdi çəkmir. Onlar başqa tərbiyəyə sahib olurlar. Rus sayağı düşünürlər.

    Cavab yaz
    • Anonim
      Emil Məmmədov · 13 Sentyabr 09:3310

      Hörmətli oxucular şərh yazarkən fikirləşib sonra yazin ! Necə yani rus bölməsində təhsil alanlar millətə xalqa bağli olmur ? Mən 10 ildir məktəbdə rus bölməsində tarix müəllimi işləyirəm Şagirdlərim çox vətənpərvər öz xalqina bağli uşaqlardir ! Əgər bu dili yaxşi bilməsək informasiya savaşinda Ermənistana və onun himayədarlarina lazimi cavabi verə bilmərik ! Açin erməni saytlarini baxin görün necə təhrif edirlər Qarabağda olan savaşi Onlara tutarli cavablar yaziram amma bunu hamimiz etməliyik Bunun üşün xüsusiylə rus dilini yaxşi bilmək vacibdir Bu dövlətimizin düşünülmüş strateji siyasətidir ! Gəlin 90 ci illərin səhvlərini təkrar etməyək Bu səhvlərin nəticələrini hələ də aradan qaldira bilmiəmişik !

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.