Ölkə

Qurbanlıq diri heyvan satışı aparılan yerlərdə dezinfeksiya işləri başa çatıb - FOTO

21 Avqust 2018 11:00
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 20-də axşam saatlarında Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbiri başa çatdırılıb.

Milli.Az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, profilaktik dezinfeksiya tədbiri Qida Təhlükəsizliyi Agentliyi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə icra olunub.

Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilib.

Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə "DUK" maşınları ilə güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb.

Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.