Ölkə

Qurban bayramı münasibətilə veloyürüş keçirilib - FOTO

20 Avqust 2018 18:32
1 Şərh     Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həvəskar velosipedçilərdən ibarət "VS GROUP" klubunun təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Qurban bayramı münasibətilə veloyürüş təşkil edilib.

Milli.Az bildirir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yürüşdə qrupun yaşı 15-dən 60-dək olan 30-a yaxın üzvü iştirak edib.

Yürüş iştirakçıları arasında azərbaycanlı həvəskar velosipedçilərlə yanaşı, İngiltərə, Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Bolqarıstan, Sloveniya, Serbiya, Ukrayna və Tacikistandan olan paytaxtımızın qonaqları, həmçinin Azərbaycanın şosse velosipedi üzrə yığma komandasının üzvləri də olub. Buzovna-Şüvəlan marşrutu üzrə 17,5 km-lik marşrutu qət edən velosipedçilər yürüşü "Dalğa Arena"da başa çatdırıblar.

Veloyürüşdə iştirak edən əcnəbi qonaqlara Qurban bayramı haqqında ətraflı məlumat verən "VS GROUP" klubunun təşkilatçıları ölkəmiz üçün əhəmiyyətli olan günlərdə bu cür yürüşləri yenidən təşkil edəcəklərini və velosiped idman növünün təbliğinə bundan sonra da çalışacaqlarını bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.