Ölkə

Yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO

20 Avqust 2018 12:58
0 Şərh     Baxış: 2 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada yol qəzasında ölən şəxsin yaxınları axtarılır.

Milli.Az bildirir ki, DİN mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, avqustun 17-də Quba şəhəri ərazisində yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış naməlum kişi tapılıb, dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avqustun 19-da həmin şəxs Quba RMX-da vəfat edib.

Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin əlamətləri belədir: boyu 165-170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qonurdur, yaşı 60-70 arası. Bədəninin müxtəlif nahiyələrində döymələr var: sol əlində barmaqlarının üzərində 1959 yazısı, sol biləyində "ana" yazısı, sağ biləyində "ata" yazısı, sol əlində baş barmağında ərəb dilində yazı yazılıb.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (02333) 5-43-02; (02333) 5-35-11 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.