Ölkə

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – Son işlər gedir...

19 Avqust 2018 13:22
0 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lütfi  Zadənin qəbirstü abidəsinin üzərində son tamamlama işləri gedir. Lütfi Zadənin sentyabrın 6-da dünyadan köçməsinin birinci ili tamam olacaq. Məzarı üzərində abidənin açılışı da məhz sentyabrın 6-da Fəxri xiyabanda ucaldılacaq. Həmin gün insanlar onun məzarını ziyarət edə və abidəsi ilə tanış ola biləcəklər".

Milli.Az bildirir ki, bunu modern.az-a açıqlamasında heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov deyib.

Lütfi Zadənin qəbirüstü abidəsini hazırlayan Ömər Eldarov bildirib ki, avqustun sonuna kimi abidə hazır olacaq.

"Bu, dövlət tərəfindən həyata keçiriləcək. Montaj olundan 3-4 gün sonra abidə hazır olacaq. Amma məzarı üzərində abidənin ucaldılması avqustun axırlarına təsadüf edəcək".

Qeyd edək ki, sosial şəbəkələrdə hələ də dünya şöhrətli alim Lütfizadənin məzarı üzərində abidənin ucaldılmamasını alimə qarşı hörmətsizlik kimi qeyd ediblər. Bəzi sosial şəbəkə istifadəçiləri  tərəfindən "alimin məzarına baxan yoxdur" kimi fikirlər yazılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.