Ölkə

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb

19 Avqust 2018 10:49
1 Şərh     Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az Report-a istinadən bildirir ki, Lənkəran rayon Hirkan qəsəbə sakini 48 yaşlı Quliyev Teymur Aləmşah oğlu ot biçərkən ürəktutmasında yerə yıxılıb.

Yıxılarkən onun əlində olan dəryaz sinəsinə batıb. Köməksiz vəziyyətdə qalan T.Quliyev hadisə yerində keçinib. Dünyasını dəyişən T.Quliyevin epilepsiya xəstəsi olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.