Ölkə

Gömrük orqanına bəyan olunmayan külli miqdarda dərmanlar aşkar edildi - VİDEO - FOTO

18 Avqust 2018 13:22
0 Şərh     Baxış: 1 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.

Milli.Az bildirir ki, Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı, monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

Türkiyə vətəndaşının idarə etdiyi "VOLVO" markalı həmin nəqliyyat vasitəsinə təkrar baxış nəticəsində isə gömrük orqanına bəyan olunmayan 104 adda 10110 qutu dərman preparatı, gömrük orqanına düzgün bəyan olunmayan 3000 ədəd "Eren" markalı müayinə masa ortüyü, 700 ədəd "Beybi Care" markalı yataq qoruyucu örtüyü, 554400 ədəd "TentyFlex" markalı cərrahi əlcəklər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
Gömrük orqanına bəyan olunmayan külli miqdarda dərmanlar aşkar edilib

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.