Ölkə

Məleykə Abbaszadədən abituriyentin 596 balla ali məktəbə qəbul ola bilməməsi iddiasına cavab

16 Avqust 2018 15:39
2 Şərh     Baxış: 3 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması ilə bağlı iddia qəbul olunmur.

Milli.Az-a bildirir ki, Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması, lakin bu balla ali məktəbə qəbul ola bilməməsi barədə iddialarına münasibət bildirərkən deyib.

M.Abbaszadə qeyd edib ki, Mərkəzə nəticələrin saxtalaşdırılması ilə əlaqədar heç bir müraciət daxil olmayıb:

"Həm valideyn, həm də abituriyentin kifayət qədər vaxtı olub ki, balların saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı məlumatları ictimailəşdirsin. Mərkəzin nüfuzuna zərbə vurduğu üçün və sosial şəbəkələrdə bu yalan məlumatı yaydığı üçün ekspert Kamran Əsədov məhkəməyə veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.