Ölkə

Hacıqabulda su problemi: İsti yay günlərində susuz qaldıq...

15 Avqust 2018 10:18
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul rayon Qızılburun kəndinin sakinləri susuz qalmaqlarından şikayətçidirlər. 

Milli.Az bildirir ki, onlar problemlə bağlı "Qafqazinfo"ya müraciət edərək bildiriblər ki, bir aydır ki, suları verilmir: "İsti yay günlərində susuz qaldıq. Həyətdə yaşıllıqlarımız susuzluqdan məhv olub. Kəndin 2000 sakini bu problemlə üz-üzədir. Hara müraciət ediriksə, bizə cavab verən yoxdur".

"Qafqazinfo" məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. O, qeyd edib ki, yağıntılarla əlaqədar Kür çayında bulanıqlıq kifayət qədər böyükdür: "Ona görə təmizlənən suyun həcmi azdır. Bulanıqlıq azalan kimi həcm artacaq və xəttə daha çox su vurulacaq, təzyiq yüksələcək. Beləliklə də, Qızılburun kəndinə əvvəlki qaydada su veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.