Ölkə

Kənd Təsərrüfatı Nazirliyi barama istehsalçılarına 2,5 mln. manat subsidiya ödəyəcək

13 Avqust 2018 15:37
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Azərbaycanda 514 tona yaxın yaş barama istehsal edilib. 

Milli.Az xəbər verir ki, bu barədə Report-a Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

Bundan başqa, məlumata görə, yerli kənd təsərrüfatı idarələrindən daxil olan sənədlər əsasında Respublika Komissiyası barama istehsalçılarına 2 490 502,35 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib. 

Qeyd edək ki, emal müəssisələri istehsalçıdan yaş baramanın bir kiloqramını 4 manata alır, dövlət isə təhvil alınan baramanın hər kiloqramına görə istehsalçıya əlavə 5 manat subsidiya ödəyir.

Qeyd edək ki, dövlət tərəfindən veriləcək subsidiyaların məbləğinə dair məlumat Kənd Təsərrüfatı Nazirliyinin internet səhifəsində (http://www.agro.gov.az/2018-ci-il-zrr) yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.