Ölkə

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib - FOTO

12 Avqust 2018 18:58
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva şəhərinin yaxınlığında Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2018" yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi-Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov bağlanış mərasimdə iştirak edib.

Qeyd edək ki, hərbçilərimiz Azərbaycanda keçirilən "Dəniz kuboku" ilə yanaşı Rusiyada "Tank biatlonu" və "Səhra mətbəxi", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" və Belarusda "Snayper həddi" müsabiqələrində də iştirak ediblər.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən "Dərinlik" və Rusiyada təşkil olunan "Qoşun kəşfiyyatı əlaçıları" müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.