Ölkə

FHN Zaqatala və Balakəndə baş verən təbii fəlakətlə bağlı məlumat yaydı

11 Avqust 2018 16:19
Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FHN Zaqatala və Balakəndə baş verən təbii fəlakətlə bağlı məlumat yayıb.

Milli.Az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, 10-11 avqust 2018-ci il tarixlərində gecə və səhər saatlarında Respublikanın şimal-qərb rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonunun Höytala və Vöhtala kəndləri ərazisində Tala çayında və Balakən rayonunun İkitala kəndi ərazisində Katex çayında suyun səviyyəsi artıb, açıq ərazilər, kəndlərə gedən avtomobil yolları, bəzi həyətyanı sahələr yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Mülki müdafiə qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvəlləri və texnikası hadisə rayonlarına cəlb olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.