Ölkə

Bakı-Balakən sərnişin qatarı təbii fəlakət səbəbindən yolda qalıb - RƏSMİ

11 Avqust 2018 13:39
1 Şərh     Baxış: 1 227

Aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişib, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələyib.

Milli.Az bildirir ki, Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, bu səbəbdən Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Belə ki, Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıblar.

Hal-hazirda təbii fəlakət yerində - dəmir yolunda bərpa işləri aparılır.

Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaq.

Sərnişinlərin nəzərinə çatdırılır ki, 11 avqust 2018-ci il tarixdə Bakı-Balakən sərnişin qatarı Bakıdan cədvəl üzrə yola salınacaq.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Марат · 11 Avqust 17:2900

    Serniwinleri qax stansiyasina catdirmaga avtobus ayrilsaydi cox yaxwi olardi!amma ki...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.