Ölkə

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi başa çatdı

11 Avqust 2018 12:58
5 Şərh     Baxış: 924

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4 min 337 namizəd müsabiqənin yekun - müsahibə mərhələsində iştirak edəcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat göndərilib.

Avqustun 13-dən etibarən keçiriləcək müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlıqları və ümumi dünyagörüşləri müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    ?! · 11 Avqust 14:3250

    51 balla kenarda qaldim. Vakansiya azdir. Mekteblerde diaqnostik qiymetlendirmede sagird seviyyesinden asaği (9-30) bal toplayanlar isleyir. Biz gencler ise oturub onlarin ne vaxt pensiyaya çixmağini gözleyek. Bele qaydalarla savadli genc kadrlar da siradan çixacaq.

    Cavab yaz
  • Anonim
    123 · 11 Avqust 15:1480

    men ise 55 balla vakansiya sece bilmedim sebeb vakansiya yoxduuuuuuuu

    Cavab yaz
    • Anonim
      sona · 11 Avqust 16:2900

      Hansı ixtisas üzre?

      Cavab yaz
  • Anonim
    Ad · 11 Avqust 18:3310

    Vakansiyalar bu ilde gizledildi.

    Cavab yaz
  • Anonim
    r77 · 11 Avqust 21:5320

    İmkan verin ali təhsili olanlar işləsin. Ali təhsili , diplomu olan şəxs niyə imtahan verməlidir ? Diplom nədən ötrüdür ? Vakansiyaların çoxu bilərəkdən gizlədilir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.