Ölkə

Salyanda güclü külək bir neçə ağacı aşırıb - FOTO

11 Avqust 2018 12:23
0 Şərh     Baxış: 485

Salyan rayonunda güclü külək bir neçə ağacı aşırıb. 

Milli.Az Report-a istinadən xəbər verir ki, ötən gün axşamdan başlayan güclü külək hələ də davam edir. 

Bu gün güclü küləyin təsiri nəticəsində şəhərin Heydər Əliyev küçəsində 80 il bundan öncə qrunt sularının qarşısını almaqdan ötrü əkilmiş, el arasında "Keçi buynuzu" adlanan ağac sınaraq yola düşüb. Külək həmin küçədə daha bir Eldar şamını da kökündən qopararaq aşırıb. 

Salyan rayon yaşıllaşdırma idarəsinin işçiləri ağacları budayaraq ərazidən uzaqlaşdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.