Ölkə

Azərbaycanda ikinci əl məhsul PROBLEMİ: Bu cinayətkar qrupu ifşa edə bilməmişik

11 Avqust 2018 11:37
1 Şərh     Baxış: 2 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda dünyada ikinci əl məhsullar istehlakçı problemi olaraq qalır. Üç ildən bir çağırılan dünya konqreslərində ikinci əl məhsullar ciddi problem olaraq müzakirə edilir.

Milli.Az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov modern.az saytına açıqlamasında deyib ki, Azərbaycan bazarında xüsusən ikinci əl nəqliyyat vasitələrində ciddi problemlər yaşanır:

"Azad İstehlakçılar Birliyi (AİB)  1998-ci ildən bəri  Ümumdünya  İstehlakçı təşkilatının "Consumers İnternational"  (Beynəlxalq istehlakçı təşkilatı) üzvüdür. 3 ildən bir biz dünyanın müxtəlif ölkələrinə toplaşırıq, dünyada istehlakçı hüquqları məsələlərini müzakirə edirik. Bütün dünya istehlakçı təşkilatları tərəfindən ikinci əl malların problemli mallar olduğu  vurğulanır, milli qanunvericilikdə bu məsələlərin arxa planda qaldığı və kütləvi surətdə istehlakçı hüquqlarının pozulduğu qeyd edilir.

Azərbaycanda ikinci əl məhsullarda  birinci problemli sahə  avtomobil satışıdır. Azərbaycan bazarında  satışa çıxarılan avtomobillərin  təxminən 80 faizinin  yürüşü geri çəkilir, kilometri az göstərilir. Bu, cinayətdir və böyük istehlakçı problemi mövcuddur. Bizə hər həftə  iki-üç telefon zəngi daxil olur və bildirirlər ki, baha qiymətə ikinci əl avtomobili alıblar, lakin avtomobil yağ işlədir və ya köhnədir, yürüşü azdır və sair. Bu cinayətkar qrupu hələ də ifşa edə bilməmişik. Təsadüfi  deyil ki, 4 il bundan qabaq   AİB də təşkilat üçün KİA markalı avtomobil almışdı. Məlum oldu ki, avtomobilin yürüşü 100 min kilometr geri çəkilib. Həmin avtomobil ölkədə məşhur bir adamın oğluna məxsus idi. Bir aydan sonra bunu müəyyən etdik  və avtomobili geri qaytarmağa nail olduq. Yəni demək istəyirəm ki, ölkədə hətta varlı adamlar  belə  avtomobilin yürüşünü geri çəkib istehlakçılara sırıyırlar.  Avtomobil satışında söhbət külli miqdarda pullardan gedir. Bəzən Almaniyadan avtomobil gətirib Gürcüstanda yaxud  Azərbaycanda  onu düzəldirlər".

E.Hüseynov qeyd edib ki, ikinci əl avtomobili alan insanlar mütləq avtomobilin servisdən keçməsini izləyib arayış almalıdırlar:

"Belə olan halda avtomobili lazım gələndə qaytarmaq, dəyişmək də mümkün olur. Azad İstehlakçılar Birliyi servisin arayışı əlində olan vətəndaşlara təmənnasız  kömək etməyə hazırdır.

İkinci əl mallarda  problemli ikinci sahə mobil telefonlardır.  Hər həftə bizə bu barədə şikayətlər  daxil olur.  Vətəndaşa pul lazım olanda mobil telefonu satış yerinə qoyur, nağd pulu alır və həmin telefon başqa bir vətəndaşa təzə adı  ilə satılır. Bir müddətdən sonra  telefon bağlanır və məlum olur ki, telefonun  borcu var imiş. Bu cür hallar daha çox "Kontakt Home"da yaşanır. Telefonları təzə adı ilə satan ticarət şirkətləri təbii ki, bundan xəbərdar olurlar.  Bu baxımdan vətəndaş diqqətli olmalı, telefonun bütün funksiyalarını satıcının yanında yoxlamalıdırlar. Bu problemlər təkcə mobil telefonlarda deyil, kompüterlərdə, digər texniki   cihazlarda da olur.

Üçüncü yerdə ikinci əl mebelləri, evlər dayanır. Yəni  istehlakçı baha qiymətə ev alır, sonra məlum olur ki, onun tələbatına uyğun deyil.  Əlbəttə, ikinci əl geyimlər satan dükanlar da var. 20 ilə yaxındır, Azərbaycanda bu sahədə  problem yaşanır. Lakin kiçik qiymətlər olduğu üçün ciddi deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.