Ölkə

“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək” - Nazarbayev

11 Avqust 2018 10:43
0 Şərh     Baxış: 848

Xəzəryanı dövlətlərin qarşılıqlı əlaqəsinə dair bütün məsələlər razılaşdırılıb. Sabah tarixi qərar qəbul ediləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxışında deyib:

"Son 20 ildə biz çox asan olmayan danışıqlar apardıq. Xəzər dənizindəki ortaq işimizlə əlaqəli bütün məsələləri həll etmək üçün mövqelərimizi razılaşdırdıq. Bura gəmiçilik, Xəzərin resursları, dənizin bioloji resurslarının qorunması, dövlətlərimizin ticarəti və əməkdaşlığı daxildir. Hesab edirəm ki, bütün məsələlər razılaşdırılıb. Sabah tarixi qərarın qəbul edilməsini gözləyirik. Hamımız üçün çox vacib andır". 

Qeyd edək ki, sabah Aktauda beş Xəzəryanı dövlətin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) lideri Xəzərin hüquqi statusu ilə bağlı çoxillik danışıqlara yekun vurmaq üçün görüşəcək. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.