Ölkə

Neftçalada ana və qızı qarpızdan zəhərləndi

11 Avqust 2018 09:14
0 Şərh     Baxış: 484

Neftçalada iki nəfər qarpızdan zəhərlənib. 

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində baş verib. 

Belə ki, kənd sakini,1966-cı il təvəllüdlü Quliyeva Ülkər Səfər qızı və onun qızı, 2003-cü il təvəllüdlü Quliyeva Fatimə Fərhad qızı qarpızdan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanada zəhərlənməyə qarşı lazımi tədbirlər görülüb. Beş saat həkim nəzarətindən sonra ana və qızı ambulator müalicəyə buraxılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.