Ölkə

Maraq üçün işıq dirəyini sındıran dələduzun görüntüləri ANBAAN KAMERALARA DÜŞDÜ – VİDEO – FOTO

10 Avqust 2018 15:39
6 Şərh     Baxış: 2 842

Kim olduğu hələlik bilinməyən şəxs heç bir səbəb olmadan işıq dirəyinin yüngül metal aksesuarını sındırır və görünür ki, o, bu işindən zövq alır.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, qanuna görə bu cür hərəkətlər dövlət əmlakına ziyan vurmaq və xuliqanlıqdır.

Bu görüntüləri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində, ARB TV-nin təhlükəsizlik kameraları çəkib. Qrupdan ayrılan şəxslərdən biri heç bir səbəb olmadan elektrik dirəyinin aksesuarını anlaşılmaz şəkildə qırır. Bundan qürrələnir və heçnə olmamış kimi yolluna davam edir. Hələlik bu şəxsin kimliyi məlum deyil.

Bəzi yerlərdə quraşdırılan işıq lampaları çıxarılır və ya məhv olunur. İndi orada yalnız infrastrukturun izləri qalıb. Ən çox ziyan vurulan dövlət əmlaklarından biri də dayanacaqlardır. Dayanacaq ücün yer ayrılır və tikilir. Lakin, bir müddət sonra şüşələri sındırılaraq yoxa cıxarılır.

Belə dayanacaqlara şəhərdə addımbaşı rast gəlmək olar. Bu infrastrukturun qurulmasına dövlət milyonlarla pul xərcləyib. Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, cinayət tərkibli əməllər ehtiyyatsızlıq və ya qəsdən törədilir. Dövlət mülkiyyətinə ehtiyyatzıslıqdan ziyan dəyərsə məhkəmənin qərarı ilə dəyən zərəri vətəndaş ödəyir. Bu qəsdən törədildikdə isə cinayət tərkibi daşıyır. 

Sabiq polis rəisi Mahmud Hacıyev kanala bildirib ki, qanunda bu cür hallarda dəymiş ziyanın məbləği mühüm rol oynayır. Əgər zərər 5 min manatdan yuxarıdırsa vətəndaş həbs oluna bilər.

Hüquqşunas Siracəddin Kərimov da məsələ ilə bağlı öz fikirlərini bildirib: "Həmin şəxslər 89-cu maddəyə görə 4 min manat məbləğində cərimə və ya 2 il müddətinə həbs də oluna bilər".

Hüquqşünasın fikrincə, bu sahədə qanunlar daha da sərtləşdirilməli, cinayət məsuliyyəti üçün nəzərdə tutulan məbləğ aşağı salınmalıdır. Ən əsası marifləndirmə aparılmalı və ictimai qınaq olmalıdır.

Videonu izləmək üçün şəklə klikləyin:
Maraq üçün işıq dirəyini sındıran dələduzun görüntüləri ANBAAN KAMERALARA DÜŞDÜ

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    ❤❤ .. Emmaa ..❤❤ · 10 Avqust 15:4150

    Gic uşağı... Catmır bu insanda bunu bir başa delixanaya Sorsuluya...

    Cavab yaz
  • Anonim
    Azad · 10 Avqust 16:0610

    Yere soxum boyunu.

    Cavab yaz
  • Anonim
    Resad · 10 Avqust 16:2800

    Kucuyu tutub tepiyinin altina salasan

    Cavab yaz
  • Anonim
    King · 10 Avqust 17:0100

    Atin ereblerin ustune

    Cavab yaz
  • Anonim
    Aydlndl · 10 Avqust 17:2700

    Belesine parazit deyirler.

    Cavab yaz
  • Anonim
    qarabagli · 11 Avqust 15:3400

    gic uwagi demiyek gunah oz gunahidi valideyinlerinin nedi gunahi. ama onu tutub cermeliyib alib yenisini yerine qoymali sorada qanuni cezalandirmaliki agli bawina gelsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.